Moskvada elektrik yarımstansiyası yanır
Moskvanın cənub-şərqində “Çaqino” elektrik yarımstansiyasının ərazisində transformator yanıb. Yanğın sahəsi 200 kvadratmetri əhatə edib.
Editor.az bildirir ki, bu barədə TASS əməliyyat xidmətlərinə istinadən xəbər verir. “Çaqinskaya küçəsində, 2 saylı binanın ərazisində, Çaqino elektrik yarımstansiyasının ərazisində transformator yanıb. Yanğının səbəbləri müəyyənləşdirilir”.
Yanğın baş verən ərazini qatı tüstü bürüyüb. Xüsusi təyinatlıların əməkdaşları yanğının söndürülməsi üçün tədbirlər görür.
//Samir Qurbanov, Editor.az

