Moskvada güclü yanğın baş veribbackend

Moskvada güclü yanğın baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın paytaxtında irimiqyaslı yanğın baş verib, avtomobil servisi yanıb.

Editor.az bildirir ki, bu barədə Rusiya mənbələri məlumat yayıb. Məlumata görə, şəhərin şimal-şərq rayonunda, Dekabristlər küçəsində avtomobil servislərindən birinin ərazisində yanğın baş verib. Yanğınsöndürənlər 3 nəfəri xilas ediblər.

Deyilənə görə, servisinin içərisində olan yanacaq qutuları partlayıb və yanğın nəticəsində dam örtüyü dağılıb.

  //Samir Qurbanov, Editor.az