Moskvanın şərqində, Entuziastov şossesində ötən gecə baş vermiş min kvadratmetr sahəsi olan yanğın yanğınsöndürən qatarın köməyi ilə söndürülüb.
Editor.az bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. “11 yanvar 2024-cü il tarixində saat 02:09 radələrində Moskva şəhəri, Entuziastov şossesi, 25 ünvanında yanğınla bağlı məlumat daxil olub.
İlkin yanğınsöndürmə və xilasetmə qüvvələri hadisə yerinə cəlb olunarkən yanğının birmərtəbəli inzibati binada və təxminən 1 min kvadratmetr sahəni əhatə edən sənaye binasında baş verdiyi müəyyən edilib. İlkin məlumata görə, tələfat yoxdur.
Biz qüvvələri və resursları toplayırıq”, – Nazirlik bildirir. Cəmi bir neçə dəqiqə ərzində yanğın 2 min kvadratmetr ərazini əhatə edib; yanğınsöndürənlər alovun daha da genişlənəcəyindən ehtiyat etdiyindən onu söndürmək üçün yanğınsöndürən qatarı gətirməli olublar. Yanğın tez bir zamanda lokallaşdırılsa da, xilasedicilər yalnız səhər saat 5-ə qədər yanğını söndürə biliblər və hazırda yanğın yerində yanan tikililərin soyudulması davam etdirilir.
//Samir Qurbanov, Editor.az

