Moskvada keçiriləcək Azərbaycan və Ermənistan liderlərinin görüşü nə vəd edir?backend

Moskvada keçiriləcək Azərbaycan və Ermənistan liderlərinin görüşü nə vəd edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan prezidenti və Ermənistanın Baş nazirinin görüşü gözlənilir. Müharibənin bitməsinin bir illiyinə təsadüf edən bu görüşə tərəflər, bir neçə aydır ki, hazırlaşır və qarşılıqlı isti mesajlar verməklə, yeni görüşə şərait yaradıldı. Halbuki prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan təkbətək görüşə hazırlaşırdı. Amma Moskvanın proseslərə müdaxiləsi,belə bir görüşün Moskvada keçirilməsini labüd etdi”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O, bildirib ki, Rusiya prezidenti V.Putinin “Valday” diskussiya klubunda çıxışında verdiyi mesajlar Azərbaycanı qane edirdi. Ona görə də Moskvanın vasitəçiliyi ilə keçirilən bu görüş Azərbaycanın maraqlarına cavab verir:

“Rusiyada keçirilən bu görüşdə əsasən, bir neçə məsələdə razılaşmalar əldə edilə bilər. Bundan əlavə, Rusiya da burada öz maraqlarının təmini istiqamətdə təkliflərini razılaşmalara sala bilər”

“Birincisi, Azərbaycanla Ermənistan arasında ilk növbədə sərhədlərin delimitasiya və demarkasiyası üzrə danışıqlar başlayacaq. Sərhədlərin müəyyənləşməsi Rusiyada saxlanılan sovet xəritələrinə uyğun olaraq aparılacaq. Rusiya prezidenti sərhəd məsələsində kompromis təklif edir. Görünür, Azərbaycanın anklavları ilə bağlı məsələlər sonrakı prosesə saxlanıla bilər”.

“İkincisi, nəqliyyat və kommunikasiyaların açılması, xüsusilə “Zəngəzur” dəhlizinin açılması razılaşdırılacaq. Ermənistan tərəfi nə qədər “dəhliz” sözünü işlətməsə də açılacaq yolda Rusiya FTX nəzarət edəcək. Bu da dəhliz deməkdir. Ermənistan Zəngəzurda dəmir yolu və avtomobil yolunun çəkilməsinə ayrılan vəsaiti Azərbaycanın qarşılamasını qaldıra bilər”.

“Üçüncüsü razılaşmalar danışıqlarda tam razılaşdırılsa, Bakıda saxlanılan diversanatlar geri veriləcək və mina xəritələri Bakıya təqdim ediləcək”.

“Dördüncüsü, Qarabağda silahlı erməni birləşmələrinin ləğvini Azərbaycan Moskva qarşısında qaldıracaq. Bu proses uzun olmasına baxmayaraq sonda silahlı birləşmələr ləğv ediləcək”.

Siyasi analitik qeyd edib ki, Ermənistanla sülh müqaviləsinə gəldikdə isə, bu, əldə olunan razılaşmalardan asılı olacaq”.

//Gülnarə Abasova, Editor.az