Moskvada koronavirusa yoluxanların sayı 260 mini ötübbackend

Moskvada koronavirusa yoluxanların sayı 260 mini ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 12 nəfər ölüb.
Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: “Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 12 xəstə dünyasını dəyişib”.

Qeyd edək ki, ümumilikdə şəhərdə koronavirusa yoluxma hadisələrinin sayı 260,3 mini ötüb, 210,9 min nəfər sağalıb, ölənlərin sayı 4 798 nəfərə çatıb.