Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 11 nəfər ölüb.
Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: “Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 11 xəstə dünyasını dəyişib”.
Ümumilikdə paytaxtda koronavirusdan ölənlərin sayı 4 832-ə yüksəlib.

