Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilir.
Editor.az “Report”a istinadən bildirir ki, tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədov iştirak edir.
Görüşdən əvvəl hökumət başçıları ənənəvi olaraq birgə foto çəkdiriblər.
Rusiyanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə MDB məkanında ticari-iqtisadi, mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi məsələləri daxildir.