Moskvada partlayışlar baş verib: Rusiya paytaxtı yenidən “naməlum” uçan obyektlərin hücumuna məruz qalıbbackend

Moskvada partlayışlar baş verib: Rusiya paytaxtı yenidən “naməlum” uçan obyektlərin hücumuna məruz qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 11-də səhər saatlarında Moskva “naməlum” pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Şahidlər partlayışların olduğunu bildirirlər.

Editor.az “Shot” Telegram kanalına istinadən bildirir ki, partlayış Moskvada Karamışevski su elektrik kompleksinin yaxınlığında baş verib. Şahidlər PUA-nın Moskva çayı ərazisinə düşdüyünü bildirirlər. Təcili yardım xidmətləri yoldadır, – məlumatda deyilir.

Telekanal əlavə edib ki, guya Moskva çayı ərazisində 67 saylı şəhər klinik xəstəxanası yaxınlığında təyyarə tipli PUA vurulub. Qəza yerində tüstü görünür. Hadisə şahidləri dronun qəzaya uğradığı yerdən ilk görüntüləri paylaşıblar. “Baza” Telegram kanalı Karamışevskaya sahili yaxınlığında partlayan pilotsuz təyyarənin uçuşunun videosunu yayıb.

O, Moskva vilayətinin İstra rayonundan uçub. Onu Pavlovskaya Sloboda bölgəsində də görüblər. Moskva meri Sergey Sobyanin bildirib ki, guya pilotsuz təyyarə hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Tələfat və dağıntı olmayıb. Vnukovo hava limanında da həyəcan olub. “Naməlum obyektin” olması ilə bağlı xəbərlərə görə aeroportun səması bağlanıb. “Naməlum obyekt” Mojaysk bölgəsində aşağı hündürlükdə və aşağı sürətlə uçub və radarlar tərəfindən aşkar edilib. Onun üzərində heç bir tanınma işarəsi olmayıb. Deyilənə görə, hava limanı artıq fəaliyyətini bərpa edib.

 //Samir Qurbanov, Editor.az