Moskvada qar örtüyünün qalınlığı 60 santimetrə çatacaqbackend

Moskvada qar örtüyünün qalınlığı 60 santimetrə çatacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada qar örtüyünün qalınlığı 60 santimetrə çatacaq.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, fevralın 12-dən Rusiya paytaxtını cənginə alan “Volker” siklonu güclü qar və küləklə müşayiət olunur.

Hava Proqnozu Mərkəzinin məlumatına görə, yaxın 12-15 saat ərzində siklonun təsiri daha da güclənəcək. Fevralın 13-ü səhərə kimi şəhərdə qar örtüyünün qalınlığının 55-60 santimetrə, küləyin sürətinin isə saniyədə 15-20 metrə çatacağı gözlənilir.

Qasırğanın fevralın 13-ü günorta saatlarınadək davam edəcəyi, gələn həftənin əvvəlindən isə havanın temperaturunun mənfi 25-30 dərəcəyədək enəcəyi proqnozlaşdırılır.