Rusiya diplomatiyasının rəhbərinin müavini Mixail Boqdanov Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiç ilə danışıqlar aparıb.
Editor.az bildirir ki, bu barədə Rusiya departamentinin mətbuat xidməti xəbər verir. Tərəflər Fələstin-İsrail münaqişəsini müzakirə ediblər. Diplomatlar münaqişənin nizamlanması üçün qüvvələrin birləşdirilməsinin zəruriliyini və gərginliyin yolverilməzliyini vurğulayaraq fikir mübadiləsi aparıblar.
Bundan əlavə, Suriya ətrafında vəziyyətə də toxunulub. Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, Boqdanov və Bilgiç Rusiya və Türkiyənin bu problemi Astana formatı çərçivəsində həll etmək öhdəliyini təsdiqləyiblər.
//Samir Qurbanov, Editor.az

