Moskvada sərhəddəki vəziyyət müzakirə ediləcəkbackend

Moskvada sərhəddəki vəziyyət müzakirə ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan nümayəndələri arasında sərhəddəki vəziyyətlə bağlı danışıqlar bu gün Moskvada keçiriləcək.

 

Bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinad edərək məlumat verib.

 

Qəzetdə qeyd olunur ki, danışıqlar zamanı Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyət müzakirə olunacaq.

 

“Azərbaycan tərəfdən danışıqlarda Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov, Ermənistan tərəfdən isə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Arşak Karapetyan və sərhəd qoşunları Baş Qərargah rəisi Arman Qasparyan iştirak edəcəklər”, – deyə nəşr yazıb.

 

Bundan əlavə Qarabağdakı sülhməramlı kontingent komandiri Rüstəm Muradovun da danışıqlarda Rusiya tərəfindən iştirak edəcəyi qeyd olunur.

 

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri mayın 12-dən Laçınla Ermənistanın Gorus bölgəsi arasında yerləşən Qaragöl istiqamətində dövlət sərhədinin dəqiqləşdirilməsi -delimitasiya və demarkasiya işləri görməyə çalışır. Ermənistan tərəfi isə təxribat xarakterli bəyanatlar yaymaqla Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Guya, Azərbaycanın Silahlı Qüvvələri sərhədi keçərək bir neçə kilometr məsafədə Ermənistanın ərazisinə daxil olub. İşğalçı ölkənin rəsmiləri bununla bağlı hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) da müraciət edərək hərbi yardım istəyib.