Moskvada teraktda saxlanılanlardan birinin peşəsi təəccübləndirdi: Müştərilər arxasınca gəzirmişlər – VİDEObackend

Moskvada teraktda saxlanılanlardan birinin peşəsi təəccübləndirdi: Müştərilər arxasınca gəzirmişlər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində terror hücumu ilə əlaqədar saxlanılan şübhəlilərdən biri, 19 yaşlı Muxammadsobir Fayzov İvanovo şəhərində tanınmış bərbər olub.

Bu barədə Fayzovu şəxsən tanıyanlar xəbər veriblər.

Bildirilir ki, o, bahalı salonlarda işləyib və müştərilər arasında populyar olub. O qədər yaxşı usta olub ki, o iş yerini dəyişdikcə müştəriləri də onun ardınca gediblər.

Fayzovun hansı məqamda və niyə cinayət yolunu seçdiyi bəlli deyil.

Qeyd edək ki, o, Bryansk vilayətində “Renault Simbol” ilə polis təqibindən qaçmağa çalışarkən yaralı halda saxlanılıb.