Moskvadakı hərbi paradlarda nümayiş olunan hərbi texnikanın sayı ilbəil azalırbackend

Moskvadakı hərbi paradlarda nümayiş olunan hərbi texnikanın sayı ilbəil azalır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyadakı hərbi paradlarda nümayiş olunan hərbi texnikanın sayı ilbəil azalır. 2020-ci ildə Moskvanın Qızıl Meydanında 216, 2022-ci ildə 131, bu il isə cəmi 51 texnika olub.

Editor.az xəbər verir ki, yaranmış vəziyyəti hərbi analitik, Rusiya-Ukrayna müharibəsinin iştirakçısı Aleksey Getmanı “1+1”-in efirində şərh edib. “Düşünürəm ki, Qırmızı Meydandan keçirmək üçün 10-20 texnika tapa biliblər.

Buradakı “T-34” tankı isə olduqca gülünc görünür”, – ekspert deyir. O, rus təbliğatçılarının postamentlərdə “T-34” tanklarının olduğunu və ümumiyyətlə ehtiyatda onların sayının çox olduğunu söyləyən ifadələrini də xatırladıb və guya onlar bu texnikadan demək olar ki, tank ordusu yarada bilərlər. Getman bu “paradı” ələ salaraq deyib ki, Rusiya hərbi texnikanın çox az olduğunu bildirməmək üçün televiziyada paradın ümumi görüntüsünü verməkdən çəkinirdilər.

Hərbi analitik Putinin dəvət etdiyi qonaqların, xüsusən də Aleksandr Lukaşenkonun üzlərinə də diqqət çəkib. “Onlar daim səmaya baxırdılar. Məncə, bizim PUA-ların hücumu olacağından çox qorxmuş görünürdülər. Keçmiş SSRİ respublikalarından gələn qonaqları da bizim mütləq hücum etməyəcəyimizdən ehtiyatlanaraq onlardan qalxan kimi istifadə etmək üçün dəvət olunublar”, – Getman əmindir.

  //Samir Qurbanov,Editor.az