Moskvadakı “Prezident hotel”də lift qəzası nəticəsində iki nəfər ölüb – VİDEObackend

Moskvadakı “Prezident hotel”də lift qəzası nəticəsində iki nəfər ölüb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvadakı “Prezident hotel”də lift qırılaraq yerə düşüb. Qəza nəticəsində iki nəfər ölüb.

Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

İlkin məlumata görə, liftdə ölən iki nəfərdən başqa adam olmayıb.

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, lift xidməti personal üçün nəzərdə tutulub və ölənlər hotelin əməkdaşlarıdır. Onlardan biri liftin içərisində, digəri isə üstündə olub. Qəza anında işçilər liftin dəyişdirilməsini həyata keçiriblər.

Rusiyanın Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qəzaya təmir işlərinin yerinə yetirilməsi zamanı təhlükəsizlik qaydalarının pozulması səbəb olub.

İnsidentlə bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

Mənbə: TASS