Moskvadan Aİ və NATO ölkələrinə sərt xəbərdarlıq: cavabımız çox ağrılı olacaqbackend

Moskvadan Aİ və NATO ölkələrinə sərt xəbərdarlıq: cavabımız çox ağrılı olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva Aİ və NATO ölkələrini Ukraynadakı münaqişənin daha da gərginləşməsi riskləri barədə xəbərdar edib.

Editor.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib. O, aydınlaşdırıb ki, Rusiya Qərbin münaqişədə birbaşa iştirakını, habelə onların Ukraynanın aqressiv addımlarına təhrik etməsini qeydə alır.

“Avropa İttifaqı, NATO və xarici ölkələrdəki oxşar məsuliyyətsiz siyasətçilərə xəbərdarlıq etmək istərdik ki, Kiyev rejiminin müvafiq aqressiv addımları olarsa, Rusiyanın cavabı dərhal gələcək. Düşünürəm ki, siz artıq son günlər bunu çox görürsünüz. Cavablar isə son dərəcə ağrılı olacaq”, – deyə

Zaxarova Şərq İqtisadi Forumunda brifinq zamanı vurğulayıb. Onun sözlərinə görə, son vaxtlara qədər Qərb ölkələrinin hakimiyyət orqanları Ukraynada əsas məqsədlərinin “demokratiya yolunda Kiyev rejimini dəstəkləmək” olduğunu bəyan edirdilər. Lakin indi, xanım Zaxarova qeyd edib ki, belə ölkələrdən edilən zənglər Rusiya tərəfi üçün “birbaşa təhlükə” yaradır.

//Samir Qurbanov, Editor.az