Moskvadan gələn təyyarə Bakının üzərindən geri döndü – Fotobackend

Moskvadan gələn təyyarə Bakının üzərindən geri döndü – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Moskvadan gələn təyyarə Bakının üzərindən təcili geri dönüb

Editor.az  Musavat.com-a istinadən xəbər verir ki, Moskvanın “Vnukovo” hava limanında “UTair” aviokompaniyasına aid Moskva-Dubay reysi üzrə uçan təyyarə eniş edib.

“UTair”dən verilən məlumata görə, təyyarənin təcili geri dönməsinin səbəbi “hidravlik mayenin səviyyəsinin dəyişməsi” olub.

“Flightradar24” xidmətinin məlumatına görə, təyyarə Bakının yaxınlığında dönərək, geri Moskvaya yönəlib. Təyyarənin göyərtəsində 240 sərnişin olub.