Moskvadan İrəvana daha bir çağırış – tənqidi ifadələr ritorikasından əl çəkin!backend

Moskvadan İrəvana daha bir çağırış – tənqidi ifadələr ritorikasından əl çəkin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hakimiyyəti Ermənistanı ictimai hücumlar və tənqidi ifadələr ritorikasından əl çəkməyə çağırır. Əvəzində Moskva İrəvanla KTMT ilə mövcud vəziyyəti müzakirə etməyə hazırdır.

Editor.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini Aleksandr Pankin danışıb. “Biz İrəvandakı həmkarlarımızı ictimai emosional hücumlar və təşkilatı tənqid etmək əvəzinə, siyasi və ekspertlər səviyyəsində aktual məsələləri müzakirə etməyə çağırırıq”, – Pankin deyib.

O qeyd edib ki, bu yolla təşkilat tərəfdaşlıq münasibətlərini yaxşılaşdıra bilərdi, lakin Ermənistan dialoq əvəzinə uzaqlaşmağa üstünlük verir.

“Biz hamımız KTMT-nin fəaliyyətinin və onun hərbi-siyasi birlik kimi səmərəliliyinin daha da təkmilləşdirilməsində maraqlıyıq. Təbii ki, buna Ermənistanın tezliklə təşkilat daxilində normal və tam hüquqlu işə qayıtması kömək edərdi. Təəssüf ki, bizim Erməni müttəfiqləri indiyə qədər həqiqətən də ondan uzaqlaşıblar” – rəsmi bildirib.

O, bəyan edib ki, KTMT ilə əlaqələrin saxlanılması İrəvan üçün faydalıdır və Cənubi Qafqazda və Avrasiya məkanında sülhün və sabitliyin inkişafına töhfə verir.

//Samir Qurbanov, Editor.az