Rusiya Xarici İşlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla telefonla danışıb.
Editor.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Qeyd olunur ki, nazirlər 2020-ci il noyabrın 9-da Qarabağa dair üçtərəfli bəyanatın qəbulunun ildönümü ərəfəsində fikir mübadiləsini davam etdiriblər.
Xarici işlər orqanlarının rəhbərləri ikitərəfli tərəfdaşlığın aktual məsələlərinə, regional və beynəlxalq problemlərin müəyyən aspektlərinə də toxunublar.
Publika.az

