Moskvadan İrəvana sərt xəbərdarlıq: erməni parlamentarilər bu qərarın daşıdığı riskləri nəzərə almalıdırlarbackend

Moskvadan İrəvana sərt xəbərdarlıq: erməni parlamentarilər bu qərarın daşıdığı riskləri nəzərə almalıdırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni parlamentarilər Roma Statuna qoşulmağın müsbət və mənfi tərəflərini diqqətlə ölçməlidirlər. Xüsusilə, bu addımın Rusiya tərəfi ilə müttəfiqlik münasibətləri perspektivində daşıdığı riskləri nəzərə almalıdırlar.

Editor.az bildirir ki, bunu Rusiya Federasiya Şurasının sədr müavini, əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın həmsədri Yuri Vorobyov deyib. Xatırladaq ki, 2023-cü ilin martında Ermənistan Respublikasının Konstitusiya Məhkəməsi Roma Statutunun ölkənin əsas qanunu ilə ziddiyyət təşkil etmədiyinə diqqət çəkib.

“Bizim anladığımız qədər, bu o deməkdir ki, Ermənistan baxdığı bütün işlərə münasibətdə Haaqa Tribunalının yurisdiksiyasını tanıyır. Biz ondan çıxış edirik ki, erməni həmkarlarımızın bu addımı anti-Rusiya kontekstinə malik deyil, lakin buna baxmayaraq, praktikada bu, Rusiya-Ermənistan münasibətlərinə ciddi ziyan vurur”, – Yuri Vorobyov deyib. O, daha sonra qeyd edib ki, hazırda iki ölkənin xarici işlər nazirlikləri arasında dialoq davam edir.

  //Samir Qurbano, Editor.az