Moskvadan İrəvana uçan təyyarədə bomba həyəcanı – YENİLƏNİBbackend

Moskvadan İrəvana uçan təyyarədə bomba həyəcanı – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şeremetyevoda təyyarədə olan sərnişin təyyarə bələdçisinin telefon danışığından əsəbiləşdiyi üçün bomba xəbərini verib.

Editor.az APA-ya istinadən bildirir ki, partlayıcılarla bağlı ifadənin zarafat olduğu üzə çıxıb.

——–

15:55

Moskvanın Şeremetyevo hava limanında bir sərnişin bel çantasında bomba olduğunu deyib.

Editor.az  APA-ya istinadən bildirir ki, bu barədə 112 teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Şeremetyevo hava limanında bomba xəbəri yayıldıqdan sonra İrəvana uçuş gecikib.

Bu barədə təyyarənin sərnişinlərindən biri stüardessalara məlumat verib. Hazırda təyyarənin yola salınması saxlanılıb, polis araşdırma aparır.