Moskvadan Vaşinqtona adekvat cavab: Amerika şirkətləri və vətəndaşlarının Rusiyadakı aktivləri müsadirə ediləcəkbackend

Moskvadan Vaşinqtona adekvat cavab: Amerika şirkətləri və vətəndaşlarının Rusiyadakı aktivləri müsadirə ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya məhkəmələri Rusiyanın ABŞ-dakı aktivlərinin müsadirəsi nəticəsində dəymiş ziyanı kompensasiya etmək üçün Amerika şirkətləri və vətəndaşlarının Rusiyadakı aktivlərindən istifadə etmək hüququ əldə edib. Prezident Vladimir Putinin müvafiq fərmanı Rusiya Federasiyasının hüquqi aktlarının rəsmi portalında dərc olunub.

Söhbət amerikalıların daşınar və daşınmaz əmlakından əlavə, onların sahib olduqları qiymətli kağızlardan, Rusiya şirkətlərinin nizamnamə kapitalındakı paylarından və ABŞ və amerikalıların işğalçı ölkədəki digər mülkiyyət hüquqlarından gedir. Fərmandan göründüyü kimi, Amerika aktivləri müsadirə edilmiş dövlət qurumları və ya Rusiya Federasiyasının Mərkəzi Bankı ABŞ-da “əsassız olaraq mülkiyyət hüququndan məhrum edilməsi” faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə ərizə ilə razılaşarsa, hökumətin Xarici İnvestisiyaya Nəzarət Komissiyasından Rusiyadakı ABŞ əmlakının siyahısını tələb edir.

Qeyd edək ki, aprelin 24-də ABŞ Prezidenti Co Bayden tərəfindən imzalanmış qanun Ukraynaya yeni hərbi yardım paketinin ayrılmasına dair 8035 saylı fərmanın bəndlərindən birində ABŞ-ın yurisdiksiyasına daxil olan Rusiya dövlət əmlakının həbsinə və Ukraynanın xeyrinə müsadirə edilməsinə icazə verir.

//Samir Qurbanov, Editor.az