Moskvanın mərkəzində atışma: Ölən və yaralananlar varbackend

Moskvanın mərkəzində atışma: Ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Wildberries”in baş ofisində atışmadan sonra bir nəfər həlak olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə TASS xəbər yayıb.

Bildirilir ki, hadisə ilə əlaqədar 28 nəfər saxlanılıb. Hüquq-mühafizə orqanları üç maddə üzrə – “Qətl”, “Hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd” və “Silahın qanunsuz əldə edilməsi, ötürülməsi, satışı, saxlanması, daşınması, göndərilməsi və ya gəzdirilməsi” üzrə cinayət işi açıb.

“Veçernaya Moskva” atışma zamanı xəsarət alanların sayının yeddi nəfərə çatması ilə bağlı xəbər yayıb. Məlumatda deyilir ki, xəsarət alanlardan üçü hüquq-mühafizə orqanlarının əməkdaşıdır və onlardan biri ayağından ciddi yaralanıb.

Bu gün Rusiyanın ən böyük onlayn pərakəndə satış şirkəti “Wildberries”in Moskvadakı “Romanov Dvoru” biznes mərkəzində yerləşən baş ofisində atışma olub. Şirkətin qurucusu Tatyana Bakalçukun əri Vladislav Bakalçuk binaya soxulmağa cəhd edib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə TASS xəbər verib.

Şahidlərin məlumatına görə, Vladislav Bakalçuka girişə icazə verilmədikdən sonra münaqişə başlayıb və atəş səsləri eşidilib. Atışma nəticəsində üç nəfər odlu silahdan yaralanıb.

Hadisə yerinə dərhal polis və təcili yardım əməkdaşları gəliblər. Yaralılar xəstəxanaya yerləşdirilib, ofis işçiləri isə təxliyə ediliblər.

“Wildberries” nümayəndələri baş verənləri qanunsuz müdaxilə cəhdi adlandırıblar. Tatyana Bakalçuk hüquq-mühafizə orqanlarına müraciət edərək bu vəziyyəti nəzarətə götürməyi xahiş edib.

Hadisə ilə bağlı artıq bir neçə nəfər saxlanılıb.

“Hazırda bir neçə nəfər saxlanılıb, onların hamısı Arbat rayonu üzrə Daxili İşlər Şöbəsinə aparılıb”, – deyə hüquq-mühafizə orqanlarından bildirilib.

Xatırladaq ki, iyunun ortalarında “Wildberries” ölkənin ən böyük açıq hava reklamı operatoru olan “Russ” qrupu ilə birləşdiyini elan edib. Onlar yeni birgə şirkət – “RVB” MMC yaradıblar. Demək olar ki, bütün bazar aktivləri Tatyana Bakalçuka keçib.

Daha sonra Bakalçuklar ailəsində qalmaqal baş verib – şirkətin qurucusu Tatyana Bakalçukun əri “Wildberries” və “Russ”un birləşməsinə qarşı çıxıb. Avqustun əvvəlində sahibkar əvvəllər “RVB” MMC-yə verilmiş “Wildberries” internet şirkətinin əsas domeninin birgə istifadəyə qaytarılmasını və brendlərə hüquqların verilməsinin qanuniliyinin yoxlanılmasını xahiş edib. Bu yaxınlarda o, şirkət uğrunda axıra qədər mübarizə aparmaq niyyətində olduğunu açıqlayıb.