Moskvanın sülh təklifləri qüvvədədir, lakin indiki mərhələdə…- Rusiya prezidentinin köməkçisi Yuri Uşakovbackend

Moskvanın sülh təklifləri qüvvədədir, lakin indiki mərhələdə…- Rusiya prezidentinin köməkçisi Yuri Uşakov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvanın Ukrayna ilə bağlı sülh təklifləri ləğv edilməyib, lakin indiki mərhələdə danışıqlar “uyğunsuz” olardı.

Editor.az bildirir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib. Onun fikrincə, danışıqlar prosesindəki fasilənin nə qədər davam edəcəyi, digər məsələlərlə yanaşı, döyüş meydanındakı vəziyyətdən də asılıdır. “Bu mərhələdə məlum avantüranı nəzərə alaraq (Kursk vilayətində baş verən hadisələr) danışmayacağıq” – prezidentin köməkçisi “Shot” Telegram kanalına bildirib.

Rusiya tərəfinin təkliflərinin ləğv edilib-edilməməsi ilə bağlı aydınlaşdırıcı suala Uşakov belə cavab verib: “Xeyr, onlar ləğv edilməyib, lakin indiki məqamda, əlbəttə ki, hansısa danışıqlar prosesinə girmək sadəcə tamamilə yersiz olardı”.
Xatırladaq ki, iyun ayında Vladimir Putin atəşkəs və danışıqlara başlamağı təklif etmişdi: o, Ukrayna qoşunlarının “DXR”, “LXR”, Zaporojye və Xerson vilayətlərindən çıxarılmasını və Ukraynanın NATO-ya üzv olmaqdan imtinasını tələb etmişdi.

//Samir Qurbanov, Editor.az