Moskvanın təhlükəsizliyi sual altına düşərsə, Putin nüvə silahına əl atmaqda bir an belə tərəddüd etməz – Serbiya prezidentibackend

Moskvanın təhlükəsizliyi sual altına düşərsə, Putin nüvə silahına əl atmaqda bir an belə tərəddüd etməz – Serbiya prezidenti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiya prezidenti Aleksandr Vucic bildirib ki, Vladimir Putin bütün digər variantlar tükənərsə, nüvə silahından istifadə etməkdən çəkinməyəcək.

Editor.az Serbiyanın “Blic” qəzetinin məlumatına istinadən bildirir ki, xalqa müraciətində siyasətçi nüvə münaqişəsi təhlükəsinin heç vaxt indiki qədər böyük olmadığını deyib. O, həmçinin Serbiyanın Ukraynada genişmiqyaslı müharibə ilə bağlı siyasətini ən ciddi və məsuliyyətli adlandırıb. “Sülhdən, atəşkəsdən danışmağımız vacibdir, çünki bu, bizi yalnız qlobal fəlakətə aparır. Əgər fəlakətə doğru 10 addım varsa, biz artıq 9 addımı atmışıq.

Rusiya döyüş zərbələri davam edəcək, hər növbəti addım bizi nüvə münaqişəsinə aparır”, – Vuçiç bildirib.
Serbiya prezidenti həmçinin deyib ki, Qərb Putinin nüvə zərbəsi ehtimalı ilə bağlı blef etdiyini düşünməklə yanılır. O deyir ki, “Kreml liderini onun kimi az adam tanıyır”: Onun haqqında deyirlər ki, “boş tapança” ilə hədələyir. Moskvanın və onun qoşunlarının təhlükəsizliyi sual altına düşərsə, başqa çıxış yolu olmazsa, sizə əvvəlcədən deyirəm, o, nüvə silahına əl atmaqda bir saat belə tərəddüd etməz”.

//Samir Qurbanov, Editor.az