Moskvaya KRİTİK ZƏNG: Şarl Mişel Putindən Qarabağla bağlı nəyi xahiş edib?backend

Moskvaya KRİTİK ZƏNG: Şarl Mişel Putindən Qarabağla bağlı nəyi xahiş edib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Avropa Şurasının rəhbəri Şarl Mişellə telefonla danışıb.

Editor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, onlar Qarabağ, Əfqanıstan və Liviyadakı vəziyyəti də müzakirə ediblər.

“Vladimir Putin Şarl Mişelin xahişi ilə Dağlıq Qarabağ üzrə 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli sazişlərin müddəalarının həyata keçirilməsi üçün atılan addımlar, o cümlədən dinc həyatın bərqərar edilməsi, iqtisadi və siyasi münasibətlərin bərpası, həmçinin Cənubi Qafqazda nəqliyyat əlaqələri açılması ilə bağlı barədə məlumat verib”, – məlumatda deyilir.

Kremldən bildirilib ki, bu məsələlərin noyabrın 26-da Soçidə Rusiya və Azərbaycan prezidentləri və Ermənistan baş nazirinin görüşündə nəzərdən keçirilməsi planlaşdırılır.

Mətbuat xidmətinin verdiyi məlumata gör, söhbət zamanı Əfqanıstan, Liviya, Polşa-Belarus sərhədində gərginlik, Ukrayna-Dombas və bir sıra regional məsələlər müzakir olunub.

Qeyd edək ki, noyabrın 26-da Rusiya dövlət başçısının təşəbbüsü ilə Soçidə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar keçiriləcək.

Vurğulanır ki, Putinlə Əliyev və Paşinyan arasında ayrıca söhbətlər də nəzərdə tutulub.

Loading...