Rusiya hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru hərəkət edən pilotsuz təyyarəni vurub.
Editor.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin Telegram-da yazıb. “Bu gün Lyubertsı vilayətində hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan pilotsuz uçan aparatını məhv edib. İlkin məlumata görə, tələfat və dağıntı olmayıb.
Təcili yardım xidmətləri hadisə yerindədir”. Xatırladaq ki, avqustun 28-nə keçən gecə Rusiya Müdafiə Nazirliyi Bryansk vilayəti üzərində iki pilotsuz təyyarənin vurulması barədə məlumat vermişdi.
//Samir Qurbanov, Editor.az