Mossadın Afrikada israilliləri hədəf alan İranla əlaqəli hücumların qarşısını aldığı iddia edilirbackend

Mossadın Afrikada israilliləri hədəf alan İranla əlaqəli hücumların qarşısını aldığı iddia edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin xarici kəşfiyyat xidməti Mossadın xaricdəki İsraillə əlaqəli turistləri və iş adamlarını hədəf almağı planlaşdıran İran hücumların qarşısını aldığı iddia edilib.

Editor.az İsrailin Kanal 12 televiziyasının məlumatına istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusuna bağlı Qüds Qüvvələri ilə əlaqəli şəxslərin Mossad, Tanzaniya, Qana və Seneqalda israilli turist və iş adamlarına qarşı hücumlarının qarşısı alınıb.

Hadisə ilə əlaqədar həbs edilən 5 Afrika vətəndaşının İranla əlaqəsi olduğu, “Qüds” qüvvələri tərəfindən Livana göndərildiyi, orada təlim keçdikləri və lazımi avadanlıqla təmin edildiyi iddia edilib.

Sözügedən şəxslərin gəldikləri ölkələrdə uyğun hədəflər axtararkən yerli hakimiyyət orqanları tərəfindən saxlanıldığı bildirilib. Bildirilib ki, Mossad əməliyyatlarla bağlı adı açıqlanmayan Qərb kəşfiyyat orqanlarından məlumat alıb.

//Gülnarə Abasova, Editor.az