Türkiyənin Mardin şəhərinin Midyat rayonunda iki motosiklet toqquşub. Qəza nəticəsində bir nəfər ölüb.
Qəza ötən gecə Midyat rayon mərkəzində, Bağlar məhəlləsində baş verib. Dövlət nömrələri məlum olmayan Məhəmməd Küçükaslan və Emre K.-nin idarə etdiyi eyni istiqamətdə hərəkət edən iki motosiklet toqquşub. Qəza nəticəsində hər iki sürücü xəsarət alıb.
Midyat Dövlət Xəstəxanasına çatdırılan yaralılardan Məhəmməd Küçükaslan ilkin tibbi yardımdan sonra Diyarbakır Dəclə Universiteti Xəstəxanasına köçürülüb.
Həkimlərin müdaxiləsinə baxmayaraq Küçükaslanı xilas etmək mümkün olmasa da, Emre K.-nın müalicəsi davam edir. Məhəmməd Küçükaslanın cənazəsi tibbi ekspertizadan sonra rayondakı Kıbla qəbiristanlığında göz yaşları içində torpağa tapşırılıb.
Qəza ilə bağlı araşdırmalar davam edir.
//Samir Qurbanov, Editor.az

