Motosiklet sürücüsünü döyən şəxsin kimliyi bilindi – VİDEObackend

Motosiklet sürücüsünü döyən şəxsin kimliyi bilindi  VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda motosikletçini döyən şəxsin kim olduğu məlum olub.

Həmin sürücü 1959-cu il təvəllüdlü Sultan Tofiq oğlu Dadaşovdur.

T.Dadaşov Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin müdiri, dövlət qulluğunun baş müşaviridir.

O, həmçinin “ARPİA” MƏNZİL TİKİNTİ KOOPERATİVİ” adlı tikinti şirkətinin də sahibidir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma başlanılıb.

***

Paytaxtda “Lexus” markalı avtomobilin sürücüsü motosikletçini döyüb.

Hadisə Mətbuat dairəsində baş verib.

Motosiklet sürücüsü ona yol verməyən “Lexus” sahibinə ani reaksiya verib. Avtomobildən düşən şəxs motosiklet sürücüsünü təhqir edərək onu döyüb.

Həmin görüntüləri təqdim edirik:

“AzPolitika”