Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo Portuqaliya millisinin sükanı arxasına keçəcək.
Publika.az xəbər verir ki, bu barədə “NTV Spor” məlumat yayıb.
62 yaşlı mütəxəssis artıq Portuqaliya Futbol Federasiyası ilə ilkin razılıq əldə edib və karyerasında ilk dəfə milli komandanı çalışdıracaq. Gözlənilir ki, müqavilə iyunun 8-də, Millətlər Liqasının finalından sonra qüvvəyə minəcək.
Hazırda Portuqaliya yığmasına Roberto Martines rəhbərlik edir.
Əvvəlcə federasiya Mourinyonu yalnız “Fənərbağça” ilə müqaviləsi 2026-cı ildə başa çatdıqdan sonra milliyə dəvət etməyi planlaşdırırdı. Lakin Kriştiano Ronaldo ilə bağlı vəziyyət bu qərara təsir edib. Rəhbərlik hesab edir ki, keçid dövrünü idarə edə biləcək ən uyğun şəxs məhz Mourinyodur.
Beləliklə, Portuqaliya Futbol Federasiyası Mourinyonu 2024/25 mövsümünün sonunda milli komandanın baş məşqçisi təyin etməyə qərarlıdır.