“Mövcud fikir ayrılıqları Ermənistanın çıxılmaz vəziyyətdə olduğunu göstərir”-Deputatdan AÇIQLAMA  backend

“Mövcud fikir ayrılıqları Ermənistanın çıxılmaz vəziyyətdə olduğunu göstərir”-Deputatdan AÇIQLAMA  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Ermənistan rəhbərliyi ilə Qarabağ separatçıları arasında gərginlik yaranması barədə iddialar dolaşır. Görünən budur ki, Ermənistan artıq “Qarabağ uğrunda” addım atmağa həvəsli deyil. Digər tərəfdən isə Ruben Vardanyan hakimiyyətinin mövcud dəyişikliklərinin Azərbaycanla əlaqəli olduğunu göstərirlər. Bu da bir çox siyasətçinin məsələyə münasibətini təsdiqləyir. Yəni baş verən proseslər “Vardanyan siyasətinin, daha doğrusu teatrının” tərkib hissəsidir.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Kamilə Əliyeva Editor.az-a açıqlamasında bildirib ki, bu gün Ermənistan hakimiyyəti ilə Qarabağdakı qondarma qurumun arasında böyük fikir ayrılıqları yaranıb:

“Özlərini Qarabağdakı qondarma qurumun rəhbəri adlandıran Arayik Artunyan və Ruben Vardanyanın münasibətləri də eyni istiqamətdədir. Prezident İlham Əliyevin apardığı uğurlu diplomatik siyasət, Ermənistan daxilindəki probləmlər, eləcə də Qarabağda qondarma qurumun həyata keçirdiyi tədbirlər nəticəsində İrəvan çıxılmaz və ümidsiz vəziyyətə düşüb. Bütün dünya dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Vətən müharibəsindən sonra yaratdığı reallığı qəbul edirlər. Ermənistanın havadarı olan Fransanın BMT-də ölkəmizə ağır məğlubiyyətindən sonra, rəsmi İrəvanın vəziyyəti daha da pisləşdi. BMT-də Avropanın, ümumiyyətlə, dünyanın böyük və güclü ölkələri Azərbaycanı müdafiə etdilər. Artıq ölkəmiz bir neçə güclü dövlətlə dostluq və strateji müttəfiqlik əlaqələri qurub. Çox yaxın vaxtlarda dünyada təklənən Ermənistan  Azərbaycanın irəli sürdüyü şərtlər daxilində sülh müqaviləsini imzalamağa məcbur olacaq”.

//Safura Bənnayeva, Editor.az