Mövcud konstitusiya ilə irəli getmək olmaz və dəyişdirilməlidir – Rəcəb Tayyib Ərdoğanbackend

Mövcud konstitusiya ilə irəli getmək olmaz və dəyişdirilməlidir – Rəcəb Tayyib Ərdoğan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin hazırkı konstitusiyası siyasətə inamı sarsıdır və dəyişdirilməlidir.

Editor.az bildirir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan 1960-cı ildə keçmiş baş nazir Adnan Menderes və hökumətinin iki nazirinin öldürüldüyü dövlət çevrilişinin ildönümündə deyib: “Bu ölkədə çevrilişlər və (hərbi) memorandumlar vaxtı arxada qaldı.

Mövcud konstitusiya siyasətə inamı sarsıdır, Türkiyə bununla irəli gedə bilməz”- Rəcəb Tayyib Ərdoğan deyib. O vurğulayıb ki, konstitusiyanın hazırkı mətni mövcud vəziyyətə uyğun gəlmir və bütün ölkəni rüsvay edir. Ərdoğan onu da vurğulayıb ki, ölkə parlamenti yeni sənəd qəbul etməyə borcludur və bu, onun milli borcudur.

//Samir Qurbanov, Editor.az