Ermənistan bir sıra regional layihələrə qoşula biləcək ki, onlardan biri də Orta Dəhlizdir Editor.az bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, Türkiyə tərəfi regionun potensialını üçtərəfli və dördtərəfli mexanizmlərdən istifadə etməklə reallaşdırır. Diplomat əmindir ki, Türkiyə-Azərbaycan-Gürcüstan-İran formatında əməkdaşlıq regiona əhəmiyyətli faydalar gətirəcək. Nazir qeyd edib ki, Türkiyə “Gələcəkdə daha böyük əhəmiyyət kəsb edəcək” Orta Dəhlizdən istifadəni artırıb.
O, əlavə edib ki, gələcəkdə Ermənistan regional layihələrin iştirakçıları sırasında ola bilər. Qeyd edək ki, bir müddət əvvəl Özbəkistan Orta Dəhliz üzrə Avropaya ilk konteyner qatarı göndərib. Qatar Türkmənistan, Azərbaycan və Gürcüstandan keçərək 4 min km-dən çox məsafə qət etməli idi.
//Samir Qurbanov,Editor.az

