Mövlud Çavuşoğlu: “Moskvadan təsdiq gözləyirik”backend

Mövlud Çavuşoğlu: “Moskvadan təsdiq gözləyirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu hazırda Ukraynada qalan Türkiyə vətəndaşlarının təxliyyəsi ilə bağlı açıqlamalar verib.

Editor.az Türkiyə mətbuatına istinadən bildirir ki, o məsələ ilə bağlı Moskvadan cavab gözlədiyini bildirib.

“Mariupolda orta hesabla 100-110 nəfər civarında Türkiyə vətəndaşı var. Şəhərlə əlaqəmiz normal deyil. Evakuasiya üçün hər iki tərəfdən yardım istədik. Danışıqlarımız davam edir. Kiyev, Çerniqov, Lvov və Odessadan təxliyyələrimiz davam edir. Bu şəhərlərdə Türkiyə vətəndaşlarının vəziyyəti yaxşıdır. Onların heç bir problemi yoxdur. Sergey Lavrovla danışıqlar aparmışam. Mariupoldakı məscidə sığınan Türkiyə vətəndaşları ilə bağlı yaxşı xəbər gözləyirik”.

//Nəzərbəy Hacıağayev, Editor.az