Mövlud Çavuşoğlu: Rusiya və ABŞ öhdəliklərini yerinə yetirmirbackend

Mövlud Çavuşoğlu: Rusiya və ABŞ öhdəliklərini yerinə yetirmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və ABŞ PKK terrorçularının Suriyanın şimalından çıxarılması ilə bağlı öhdəliklərini yerinə yetirmir.

Editor.az bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib. Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiyanı Suriyada antiterror öhdəliklərini yerinə yetirməməkdə ittiham edib:

“ABŞ-a səfərim zamanı Suriya haqqında danışacağıq. Çünki onlar (ABŞ) PKK-nı və qondarma “Xalq Özünümüdafiə Qüvvələri”ni dəstəkləməkdə davam edirlər. Bizim üçün bu, təhlükədir. Bizə verilən söz həm ABŞ, həm də Rusiya tərəfindən yerinə yetirilmədi.

Biz bu ölkələrə bu barədə daim deyirik ki, 2019-cu il müqavilələrinin şərtləri yerinə yetirilməyib”, – deyə Çavuşoğlu Romada keçirdiyi mətbuat konfransında öz Twitter səhifəsində canlı yayım həyata keçirib.
Noyabrın 20-də Türkiyə Suriya və İraqdakı kürd birləşmələrinə – PKK və qondarma “Suriya Demokratik Qüvvələri”nə qarşı əməliyyat elan edib.

Dekabrın 25-də Türkiyə Müdafiə Nazirliyi bildirib ki, Türkiyə bu əməliyyat çərçivəsində Suriyanın şimalında hava məkanının açılması üçün Rusiya ilə danışıqlar aparır. Dekabrın 28-də Moskvada Suriyanın müdafiə nazirləri və kəşfiyyat rəhbərləri Mahmud Abbas və Rafiq Şahadah və Türkiyə Hulusi Akar və Hakan Fidan arasında görüş keçirilib. Danışıqlarda Rusiyanın müdafiə naziri Sergey Şoyqu da iştirak edib.

Qeyd edək ki, 2019-cu ilin avqustunda Türkiyə və ABŞ-ın iştirakı ilə Suriya-Türkiyə sərhədində hərbisizləşdirilmiş zona yaradılıb. Oktyabrın 23-də Rusiya hərbi polisi Amerika ordusunun əvəzinə bufer zonada patrul xidməti həyata keçirməyə başlayıb.

//Samir Qurbanov,Editor.az