Mövlud Çavuşoğlu: Rusiyada səfərbərlik və qondarma referendumlar vəziyyəti gərginləşdirirbackend

Mövlud Çavuşoğlu: Rusiyada səfərbərlik və qondarma referendumlar vəziyyəti gərginləşdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya prezidenti Putinin ölkədə elan etdiyi qismən səfərbərliyə münasibət bildirib.

Editor.az xəbər verir ki, bu barədə o, Çavuşoğlu Nyu-Yorkda jurnalistlərin sualını cavablandırarkən danışıb. Çavuşoğlu bildirib ki, bu qərar Ukraynada müharibənin sonunu yaxınlaşdırmır. “Biz iki ölkə prezidentinin iştirakı ilə dialoq və danışıqların tərəfdarıyıq.

Rusiya Federasiyası ilə Ukrayna arasında müharibənin mənfi təsiri hər kəs tərəfindən və bütün sahələrdə hiss olunur”, – xarici işlər naziri belə deyib. O, əmin edib ki, Türkiyə Moskva ilə Kiyev arasında ədalətli və davamlı sülhün təmin edilməsi üçün bundan sonra da hər cür səy göstərəcək. Türkiyə Xarici İşlər Nazirliyi daha əvvəl Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərində qondarma referendum keçirmək niyyətini pisləyərək, bunun diplomatik prosesi çətinləşdirəcəyini və qeyri-sabitliyin dərinləşməsi təhlükəsi yaradacağını bildirmişdi. Bu arada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə Rusiya Federasiyası arasında onun vasitəçiliyi ilə baş tutan əsir mübadiləsindən sonra müharibəni bitirmək üçün “telefon diplomatiyası”nı davam etdirəcəyinə söz verib.

  //Samir,Editor.az