Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu meksikalı həmkarı Marcelo Ebrard ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxış edib.
Editor.az xəbər verir ki, BMT, Rusiya, Ukrayna və Türkiyə arasında bağlanmış taxıl tədarükü sazişinin daha 120 gün uzadıldığını bildirən nazir Çavuşoğlu bunun ümidverici bir dekommunizasiya addımı olduğunu söyləyib.
Çavuşoğlu deyib: “Rusiyanın tələbləri razılaşmaya uyğun olaraq qəbul edilməlidir ki, Ukrayna taxılı ehtiyacı olan insanlara maneəsiz daxil olsun. Hamı razılaşmaya əməl etməlidir. İnşallah müqavilə 4 aydan sonra bir daha yenilənəcək. Atəşkəs imzalandıqdan sonra isə bu cür sazişlərin imzalanmasına lüzum qalmayacaq”.
//Samir Qurbanov, Editor.az

