Mövlud Çavuşoğlu: Türkiyə Zelenskinin “sülh formulu”nu dəstəkləyirbackend

Mövlud Çavuşoğlu: Türkiyə Zelenskinin “sülh formulu”nu dəstəkləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ankara Ukrayna prezidenti Vladimir Zelenskinin sülh formulasını dəstəkləyir. Çavuşoğlu münaqişənin danışıqlar masası arxasında bitəcəyinə əminliyini ifadə edib və Ankaranın sülhün təmin olunması üçün intensiv səylər göstərdiyini bildirib.

Editor.az xəbər verir ki, bu barədə SNN Türk məlumat yayıb: “İnanıram ki, biz diplomatiyanın real nəticələrini görürük. Müharibə əsirlərinin mübadiləsi, Zaporojye danışıqları və s. bu kimi bir sıra mövzularda danışıqlar aparılır. Xüsusilə İstanbulda bəzi görüşlər keçiririk. …Biz hər iki tərəflə qarşılıqlı əlaqədəyik”, – deyə nazir Afrika turu zamanı mətbuat konfransında bildirib. Onun sözlərinə görə, “Ancaq yeni parametrlər və reallıqlar var. Rusiya hazırda danışıqlara hazır olduğunu bildirir. Zelenski 10 bəndlik sülh planı təklif edib.

Biz Türkiyə olaraq bu planı dəstəkləyirik və işimizi davam etdiririk”, – deyə Çavuşoğlu bildirib). Qeyd edək ki, Zelenskinin “sülh formulu” 10 maddədən ibarətdir: Ukraynanın radiasiya və nüvə təhlükəsizliyinin təmin edilməsi, ərzaq və enerji təhlükəsizliyi, bütün hərbi əsirlərin azad edilməsi, Ukraynanın 1991-ci il sərhədləri daxilində ərazi bütövlüyünün bərpası, Rusiyanın qoşunlarının geri çəkilməsi və hərbi əməliyyatların tam dayandırılması, “ədalətin qaytarılması”, ekosidlə mübarizə, eskalasiyanın qarşısının alınması və “müharibənin bitmisi” ilə bağlı tarix verilməsi.

  //Samir Qurbanov, Editor.az