Mövlud Çavuşoğlu: “Yunanıstan sülh istəmirsə, biz lazım olanı edəcəyik”backend

Mövlud Çavuşoğlu: “Yunanıstan sülh istəmirsə, biz lazım olanı edəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstanla bağlı sərt açıqlama verib. Editor.az xəbər verir ki, nazir Yunanıstanın razılaşmaları pozmağa davam etdiyini bildirib.

“Yunanıstan Rodos və Lesbosda təlimlər keçirir. Təəssüf ki, Yunanıstan təxribat törətməkdə davam edir. Bizim buna səssiz qalmağımız mümkün deyil. Yunanıstan bu adaların statusunu pozmaqdan əl çəkməlidir. Ya Yunanıstan geri addım atacaq, ya da biz olanı edəcəyik. Yunanıstan sülh istəmirsə, biz lazım olanı edəcəyik. “Külək əkəni, tufan biçər””.

//Samir Qurbanov, Editor.az