Azərbaycan və Ermənistan sülh bağlamalı və Zəngəzur dəhlizinin tikintisinə başlamalıdırlar.
Editor.az bildirir ki, bu fikri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir Azərbaycanla Ermənistan arasında vəziyyətin gərginləşməsindən təəssüfləndiyini bildirərək qeyd edib ki, “Bu gərginliyi aradan qaldırmaq, hərtərəfli sülh müqaviləsi imzalamaq və Zəngəzur dəhlizinin tikintisinə başlamaq lazımdır.
Bu layihənin həyata keçirilməsi Ermənistana da fayda verəcək”- Çavuşoğlu bildirib. Xatırladaq ki, aprelin 11-də Laçın istiqamətində ermənilərin təxribatı nəticəsində 3 Azərbaycan hərbçisi həlak olub.
//Samir Qurbanov,Editor.az

