Mövqelərimiz yenidən ATƏŞƏ TUTULDU: Ermənistan nə etmək istəyir?-“Yalvarmaqlarına çox az qalıb”backend

Mövqelərimiz yenidən ATƏŞƏ TUTULDU: Ermənistan nə etmək istəyir?-Yalvarmaqlarına çox az qalıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqla, rəsmi Bakını təxribata çəkməyə çalışır. Paşinyan hakimiyyəti ümid edir ki, Avropa Birliyinin mülki missiyasının sərhəd bölgəsində yerləşdirilməsi Ermənistanın təhlükəsizliyini təmin edəcək. Ona görə də avropalı müşahidəçilərə güvənərək hərbi-siyasi situasiyanı mümkün qədər gərginləşdirməyə çalışır. Rəsmi İrəvan bununla sülh prosesini pozmağa cəhd göstərir”.

Bu fikirləri politoloq Elçin Xalidbəyli Editor.az-a bu gün Ermənistan Silahlı qüvvələrinin növbəti dəfə Azərbaycan Ordusuna qarşı törətdiyi təxribatla bağlı açıqlamasında deyib.

Politoloqun sözlərinə görə, Ermənistan sülh sazişinin imzalanmasında qətiyyən maraqlı deyil:

“Paşinyan hakimiyyəti sülh prosesini uzatmağa və mümkün qədər vaxt qazanmağa cəhd göstərir. Ümid edir ki, hansısa mərhələdə indiki geopolitik şərtlər Ermənistanın xeyrinə dəyişə bilər. Və məhz belə situasiya yarandıqdan sonra sülh sazişinin imzalanması barədə düşünmək olar. Ancaq rəsmi İrəvan həmişə olduğu kimi, yenə də yanlış geopolitik hesablamalar içərisindədir. Rəsmi Bakı Ermənistana situasiyanın dəyişdirilməsi imkanı tanımaq niyyətində deyil. Belə davam edərsə, Azərbaycan ordusunun tezliklə hərəkətə gətirilə biləcəyi qətiyyən istisna deyil. Üstəlik, rəsmi İrəvanın ABŞ və Qərbə olan ümidləri də tamamilə məntiqsizdir. Çünki hərbi əməliyyatlar bərpa edilərsə, ABŞ və Qərb ənənəvi növbətçi bəyanatlarla kifayətlənəcək. Rusiyanın hərbi müttəfiqi və KTMT-nın üzvü olan Ermənistana real dəstək verməyəcək. Azərbaycan ordusunun növbəti sarsıdıcı zərbəsindən sonra isə rəsmi İrəvanın hərbi təxribatları dayanacaq, Ermənistan sülh sazişini imzalamaq üçün özü yalvarmağa başlayacaq. Və həmin vaxta o qədər də çox qalmayıb”.

//Gülnarə Abasova, Editor.az