Mozambikdə bərə qəzası: Ən azı 90 nəfər ölübbackend

Mozambikdə bərə qəzası: Ən azı 90 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mozambik sahillərində təxminən 130 nəfəri daşıyan bərənin batması nəticəsində ən azı 90 nəfər həyatını itirib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Mozambikin Nampula bölgəsinin rəsmiləri batmaqda olan bərədən 5 nəfərin sağ-salamat xilas edildiyini bildiriblər. Bununla belə, səlahiyyətlilər bərədəki təxminən 130 nəfərin çoxunun hələ də itkin düşdüyünü bildirir. Sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş videolara görə, bərənin batması nəticəsində ölən onlarla insanın cəsədi Nampula sahillərində su altında qalıb.

Nampula xarici işlər naziri Xayme Neto bərədəki insanların vəba epidemiyasından xilas olmağa çalışdıqlarını bildirib. Neto ölənlər arasında uşaqların olduğunu da bildirib. Yerli KİV-in məlumatına görə, bərə Lunqadan Mozambikin Nampula sahillərinə doğru gedirmiş. Lakin bərə təyinat yerinə çatmamış batıb. Nazir Neto bərənin daşıma qabiliyyətindən çox sərnişin olduğu üçün batdığını bildirib.

//Gülnarə Abasova, Editor.az