Bu barədə “Astra” hadisə şahidlərinə istinadən xəbər verir. Şimali Osetiya-Alaniya qubernatoru Sergey Menyailo saat 05:14-də pilotsuz təyyarələr barədə xəbərdarlıq elan edib.
Daha sonra o, Mozdokda 15 PUA-nın vurulduğunu bildirib. “Mozdok rayonunda pilotsuz uçuş aparatlarının hücumu dəf edilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 15 pilotsuz təyyarə hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Tələfat və dağıntı yoxdur”, – o, Telegram-da bildirib.
//Samir Qurbanov, Editor.az