MSK sədri: Azərbaycan demokratik seçki baxımından dünyaya nümunədirbackend

MSK sədri: Azərbaycan demokratik seçki baxımından dünyaya nümunədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət başçısının siyasi iradəsi olmalıdır ki, ölkədə demokratik seçki keçirilsin. Bu baxımdan, Azərbaycan dünyaya nümunədir.

Bunu bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə çıxış edərkən MSK sədri Məzahir Pənahov deyib.

“Ölkə başçısının təşəbbüsü ilə seçki məntəqələrinin çoxunda veb-kameralar quraşdırılıb. Bu cihazlar seçki prosesi başlayandan yarım saat əvvəl işə salınır, seçki prosesi tam bitənə qədər izlənilir. Bütün proseslər göz önündədir. Həmin kameraların görüntülərini izləmək üçün heç bir qeydiyyata ehtiyac yoxdur. Dünyanın hər yerindən bu görüntüləri izləmək olar”, – o vurğulayıb./Report