MTN generallarının həbsi Eldar Mahmudova xəbərdarlıqdır – Kimsə toxunulmaz olduğunu düşünməməlidirbackend

MTN generallarının həbsi Eldar Mahmudova xəbərdarlıqdır – Kimsə toxunulmaz olduğunu düşünməməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə keçmiş MTN-in sabiq generalları Mövlam Şıxəliyev və Nizami Şirinovun həbs olunması ilə bağlı xəbərlər yayıldı. Generalların həbsi bir neçə il öncəki səs-küylü “MTN işi”ni yenidən gündəmə gətirdi. Mövlam Şıxəliyevin sabiq MTN şefi Eldar Mahmudovun əsas adamlarından biri olduğunu nəzərə alsaq, o zaman Mahmudovun həbs edilib-edilməyəcəyi məsələsi yenidən gündəmə gəlir.

Mövzu ilə bağlı Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, “MTN işi” ilə bağlı əsas fiqurlar həbs edilməyib və  həbs olunanların da bir çoxu sonradan azadlığa buraxılıb.

Partiya sədrinin fikrincə, bunu ədalətin tam bərpası hesab etmək olmaz:

“Çünki onların struktura, dövlətə və dövlətçiliyə vurduğu ziyanın həcmi olduqca böyükdür. Bu gün generalların həbsi ilə bağlı müxtəlif şərhlər var. Təbii ki, biz Mahmudovun həbsini ilk anlarda gözləyirdik. Amma onun müavinləri və digər yaxın adamları həbs olunsa da, özünə dəyilmədi. Onun ilk vaxtlarda məhbəsə düşməsinə mane olan səbəb aradan qalxıbsa, təbii ki, Eldar Mahmudov da həbs olunacaq. Əgər bu səbəblər aradan qalxmayıbsa, o zaman sabiq MTN-in bütün generalları həbs olunsa da, Eldar Mahmudova dəyməyəcəklər”.

Tural Abbaslının sözlərinə görə, istənilən halda generalların korrupsiya faktları ilə bağlı həbsi müsbət haldır:

“Çünki cəzasızlıq sindromu anlayışı aradan qaldırılmalıdır. Heç kəs toxunulmaz olduğunu düşünməməlidir. Hər kəs etdiyi əmələ görə cavab verəcəyini bilməlidir. Eldar Mahmudovun isə yaxın zamanlarda həbs olunacağını düşünmürəm. Bəlkə də generalların həbsi Eldar Mahmudova bir xəbərdarlıqdır. Biz pərdəarxası hansı hadisələrin baş verdiyini dəqiq bilmirik”