MTV bir sıra ölkələrdə yayımını dayandırırbackend

MTV bir sıra ölkələrdə yayımını dayandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin “Paramount” şirkəti bir sıra Avropa ölkələrində MTV kanallarını bağlayacaq.

Oxu.Az xəbər verir ki, bu barədə “Broadband TV News” məlumat yayıb.

Britaniyada “MTV Music”, “MTV 80s”, “MTV 90s”, “Club MTV” və “MTV Live” ölkədə yayıma başladıqdan təxminən 40 il sonra, dekabrın 31-dən fəaliyyətini dayandıracaq. “MTV HD” əsas kanalı isə yayımı davam etdirəcək.

Almaniya və Avstriyada da MTV kanalları bağlanacaq. Qərar Polşa və Macarıstan da daxil olmaqla bir sıra Mərkəzi və Şərqi Avropa, həmçinin Benilüks ölkələrinə (Belçika, Niderland və Lüksemburqa) aid edilə bilər.

Xatırladaq ki, MTV 1981-ci ildə ABŞ-də fəaliyyətə başlayıb.