“Mu” ştammının əlamətləri məlum oldu – Həkimdən AÇIQLAMAbackend

“Mu” ştammının əlamətləri məlum oldu – Həkimdən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“COVID-19 xəstəliyini törədən SARS-CoV-2 virusu mutasiya olunmaqda davam edir”.

Editor.az xəbər verir ki, bu fikirləri lent.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Həkim qeyd edir ki, hələlik ən təhlükəli mənzərəni “Delta” ştammında görürük: “İstər dünyada, istərsə də Hindistanda yayılmağa başlayandan sözügedən ştammın yaratdığı mənzərə göz önündədir. Azərbaycanda “Delta” ştammından xeyli sayda insan vəfat edib. Hazırda dalğa ən pik dövrünü yaşayır. Bununla yanaşı mutasiya prosesi də davam edir”.

Adil Qeybulla bildirir ki, virusun mutasiyası nəsticəsində “Mu” ştammı deyilən növ peyda olub:

“Bu ştammda da orqanizmdə ümumi halsızlıq, dad və qoxu bilmə hissini itirmək, əzələ, baş ağrıları və.s müşahidə olunur.

Hazırda alimlər hesab edir ki, “Mu” ştammı “Delta” ştammına nisbətən zəifdir. Bu baxımdan da müəyyən bir dövrdən sonra virusun mutasiyası nəticəsində yoluxucu, öldürücü qabiliyyətinin zəifləyərək yoxa çıxması gözlənilir. Həmin SARS-CoV-2  virusu da ya yoxa çıxacaq, ya da mövsümi soyuqdəymə xəstəliklərini törədən viruslardan birinə çevriləcək.

Düşünürəm ki, “Mu” ştammı ilə proses zəifləməyə doğru gedə bilər”.