Bir çox insanın mübarizə apardığı allergiya düzgün müalicə olunmadığı halda həyat keyfiyyətini aşağı salıb və daha böyük problemlərin yaranmasına səbəb ola bilər.
Editor.az xarici mediaya istinadən bildirib ki, bu fikirləri türkiyəli həkim-mütəxəssis Akif İşlək açıqlamasında qeyd edib. Onun sözlərinə görə, uyğun dərman müalicəsi ilə nəzarət altında saxlanılmayan allergiya böyüklərdə cərrahi müdaxilə tələb edən xəstəliklərə, uşaqlarda isə diqqət yetirilmədiyi təqdirdə qalıcı ağciyər zədələrinə səbəb olur.
Ən çox yayılmış və ən çox rast gəlinən, adətən yazda çiçəklər və çiçək tozcuqları ilə ortaya çıxan, mövsümi allergiyadır. Ancaq müxtəlif allergiyalar da var. Bəziləri bütün il davam edə bilər. Ancaq mövsümi allergiya ilə eyni simptomları göstərə bilər. Buna görə allergiyanın səbəblərini çox yaxşı müəyyən etmək və doğru diaqnoz qoymaq da müalicənin uğurunu artırır.
Həkim qeyd edir ki, nə qədər istəməsək də maskalardan istifadə etməliyik. bu xəstələr tibbi müalicəyə, eləcə də həyat dəyişikliklərinə ehtiyac duyurlar. Allergiyası olan, lakin müalicə görməyən xəstəlik əsasən də uşaqlarda bronxit yarana bilər. Ona görə də allergiya ilə mübarizə aparan insanların evdə müalicə üsullarından istifadə etmək əvəzinə, hər il mütəmadi olaraq həkim müayinəsindən keçmələrini tövsiyə olunur.
//Safura Bənnayeva, Editor.az

