Müdafiə Nazirliyi: Ermənistan tərəfin yaydığı məlumat tamamilə yalandırbackend

Müdafiə Nazirliyi: Ermənistan tərəfin yaydığı məlumat tamamilə yalandır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 27-si saat 19:20-dən 19:30-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə Editor.az -a Müdafiə Nazirliyindən bildirilib.

“Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik” – məlumatda deyilir.