Müdafiə Nazirliyinin COVID-19 virusuna yoluxmanın artıması ilə əlaqədar əsgər valideynləri və yaxınlarına müraciət edibbackend

Müdafiə Nazirliyinin COVID-19 virusuna yoluxmanın artıması ilə əlaqədar əsgər valideynləri və yaxınlarına müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşü müvəqqəti qadağan olunub.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, hərbi qulluqçuların sağlamlığının qorunması və xəstəliyə yoluxma riskinin qarşısının alınması məqsədilə əsgər valideynləri və yaxınlarına hərbi hissələrə gəlməməyi, xüsusi ilə də fevralın 6-da keçirilməsi planlaşdırılan andiçmə mərasimlərində iştirak etməmək tövsiyə edilib.

Vətəndaşlara orduda tətbiq olunan tibbi təminat tədbirlərini anlayışla qarşılamağa və karantin qaydalarına ciddi riayət etməyə çağırı. edilib.